Şokoladın Tarixi

Şokoladın tarixi təxminən 3000 ildir. E.ə. 1500 il əvvəl Meksika körfəzi sahillərində yerləşən Amerikada yeni sivilizasiya meydana gəldi. İrəli sürülən fikirlərə əsasən məhz "kakao" sözü ilk dəfə olaraq onlar tərəfindən dildə "kakawa" kimi tələffüz edilərək, meydana gəlmişdir. Təxminən 1000 il bizim eradan əvvəlki dövrü özündə birləşdirən həmin tayfanın sivilizasiya nümunələrindən sayılır.

Olmeklərdən sonra meydana gələn yeni sivilizasiyanın nümayəndələri isə mayalar hesab olunurdu. Mayaların nəsilləri 1000 il bizim eradan əvvəl Qvatamelanın şimal hissəsində bilinməyən istiqamətdən gəlmişdilər. Həmin gündən etibarən mayaların çox hissəsi Qvatamelada və Meksikanın səlahiyyətində olan Çiapasda yaşayırlar. Deməli kakao həmin dövrdə çox az yerdə yayılmışdı, yoxsa tezliklə məşhur ola bilərdi. Mayalar kakao adlanan ağacdan istifadə etməyə başladılar və onlar hətta bu ada sahib olan Allaha da inanırdılar.

Təxminən bizim eradan əvvəl 250 – ci illlərdə mayaların mədəniyyətlərin inkişafı özünün klassik fazasına daxil oldu. Bizim eranın 600 – cı ilinə qədər mayalar bizə məlum olan ən böyük plantasiyaları yaratdılar. Mayaların nəhəng şəhərləri yaradılmışdı, burada onların piramidaları, qalaları və qəddar rəhbərləri var idi. Bizim eranın IX əsrinə kimi Mayaların memarlıq üslubları Yunanınstan və İtaliyanın ilkin İntibah dövrünə bənzəyirdi. Mayalar üçün şokolad ən məşhur, təntənəli və müqəddəs içki idi, bu hal yalnız onların yaşadığı dövrü deyil, o dünyanı da özündə birləşdirirdi.

Əlbəttə düşünmək olar ki, yəqin mayalar yalnız bir növ hazırlanmış şokolad içkisini tanıyırdılar. Onların çox yaxşı hazırlanmış metdoları var idi və şokolad içkisi üçün müxtəlif üsullardan, əlavələrdən və komponentlərdən istifadə edirdilər. Mayaların mədəniyyətini öyrənən dilçi mütəxəssizlər xüsusi rol oynayan müəyyən frazaların üzərində işləyirlər. Buna misal olaraq "witik cacao" və "cacao kox" deyimləri aiddir, lakin böyük təssüflər olsun ki, bu sözlərin mənası hələ də açılmamışdır. Digər əlavələrdən biri də "piment" adlanır və mayalar bundan çox istifadə edirdilər. Bir çox kitablarda həmin söz istiot kimi tərcümə edilmişdir, lakin bu düzgün deyil. Bu sözün əsl mənası "mixək ağacı" hesab olunur. İstiot isə həmin dövrdən İspaniyanın zəbt olunmasına qədər məlum olmamışdır.

Bizim eranın IX əsrdən sonra mayaların klassik mədəniyyəti məhv olmağa başladı və bizim eranın 1000 – ci ilində mayaların yerinə tolteklər gəldi. Lakin həmin bu mədəniyyət XII əsrdə daxili çəkişmələr və mübahisəli danışıqlar nəticəsində məhv edildi. 1200 – ci ildən sonra Meksika və onun ətrafı hissələrdə asteklər rəhbərliyi ələ aldılar. Onların sivilizasiyaları 1521 – ci ilə kimi yəni ispanların həmin əıraziləri zəbt etməsinə qədər ömür sürdü.