Maffinin tarixi

Keksin amerikan variantı, kiçik dairəvi və ya oval formasında şirniyyat, əsasən şirin olur, tərkibinə müxtəlif, xüsusilə də meyvə içliyi daxildir. Adətən, maffin yetkin bir insanın ovucu boyda olur. Maffinlər həmçinin qarğıdalı unundan hazırlana bilər. Maffinə qaragilə, şokolad yonqarı, moruq, darçın, balqabaq, qoz-fındıq, banan, portağal, şaftalı, çiyələk, kök, limon və s. əlavə edilə bilər.

Maffin adının yaranması ilə bağlı bir neçə versiya vardır. Bunlardan birinə görə, maffin sözü IX əsrdə Böyük Britaniyada yumşaq çörək mənasını verən mouflett[1][2] fransız sözündən götürülmüşdür. Digər versiyaya görə, maffin çörəyin bir növü olan alman sözü muffe ilə əlaqəlidir.[3]

ABŞa maffini Böyük Britaniya immiqrantları gətirmişlər. Samuel Tomas 1880-ci ildə Nyu-Yorkda "Maffin Haus" adlı çörəkxana açmışdır. Maffin 1893cü ildə Çikaqoda keçirilən Ümumdünya sərgisində satışından sonra ABŞ məşhurluq qazanmışdır.

Maffinlər, ehtimal ki, kiçik pirojnanın qarğıdalı çörəyindən hazırlanan növüdür. Bugünkü maffinlərin ulu babaları kiçik şiriniyyatlar olmuşdur, lakin onların dəqiq növləri məlum deyil. Maffinlərin hazırlanması tez və sadə olduğundan səhər yeməyi üçün yaxşıdır. 50-ci illərdə meydana gələn maffin üçün qatışıqların satışını Spacey's (ABŞ) və Cadbury (Böyük Britaniya) həyata keçirmişdir.